Kipr klubu sərfəli təklif aldı - braziliyalı vinger Azərbaycana gəlir

22:09 - 15 Yanvar 2026

"Etnikos"un futbolçusu Breno Almeyda karyerasını Azərbaycanda davam etdirəcək.

Sportal.az xəbər verir ki, bu barədə "goal.philenews.com" saytı məlumat yayıb.

Kipr klubu braziliyalı vinger üçün Azərbaycandan sərfəli təklif alıb. "Etnikos" rəhbərliyi buna görə də aparıcı oyunçusunun gedişinə razılıq verib. Lakin 27 yaşlı ön xətt oyunçusunun gedəöcəyi klubun adı açıqlanmayıb.

Qeyd edək ki, Breno Almeyda 2024-cü ilin yayından "Etnikos"da çıxış edir. "Sambaçı" bu mövsüm komandanın heyətində meydana çıxdığı 14 rəsmi matçda 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun dəyərini 400 min avro təyin edib.

Xəbər xətti