“Qəbələ”dən ayrıldıqdan sonra uzun müddət klubsuz qalmış Kristof Atanqana karyerasını bərpa edib.
Sportal.az xəbər verir ki, kamerunlu qapıçı Belçikada legioner həyatı yaşayacaq.
O, bu ölkənin sayca 4-cü liqası olan II divizionun “Sportinq Brüsselrs” klubu ilə müqavilə imzalayıb.
Onun müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
Atanqana 2021-2024-cü ildə “Qəbələ”nin qapısını qorumuşdu. Azərbaycanı tərk etdikdən sonra isə Kristof klubsuz qalmışdı.
