Millimizin üzvü oynadı, komandası heç-heçə etdi

20:56 - 14 Fevral 2026

Futbol üzrə Albaniya çempionatında 24-cü turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, bu gün Azərbaycan milli komandasının müdafiəçisi Zamiq Əliyevin formasını geyindiyi "Eqnatiya" səfərdə "Vora"nın qonağı olub. Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.

Zamiq də bu matçın iştirakçısı olub. 24 yaşlı mərkəz müdafiəçisi görüşə start heyətində başlayıb və 90-cı dəqiqədə əvəzlənib. Əliyev 80-ci dəqiqədə sarı vərəqə ələ cəzalandırılıb.

24 turdan sonra 43 xal toplayan "Eqnatiya" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Xəbər xətti