"Qarabağ" UEFA tərəfindən təxminən 65.8 milyon manat vəsait əldə edib" - Fərid Qayıbov

22:45 - 24 Fevral 2026

“Qarabağ” futbol klubu UEFA tərəfindən təxminən 65.8 milyon manat vəsait əldə edib.

Sportal.az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov özünün sosial şəbəkə hesabında yazıb:

"Bu gün “Qarabağ” Futbol Klubu UEFA Çempionlar Liqasında, yəqin ki, sonuncu oyununa çıxır. Komandanın Bakıda keçirilən ev oyunlarında ölkəmizə 8500-ə yaxın xarici azarkeş səfər edib. Klub UEFA tərəfindən təxminən 65.8 milyon manat vəsait əldə edib. UEFA həmrəylik mexanizmi çərçivəsində Azərbaycan Premyer Liqasında çıxış edən digər klublarımızın hər biri təxminən 1.6 milyon manat əlavə vəsait qazanacaq. Bununla da “Qarabağ” ölkəmizdə real potensialı olan idman iqtisadiyyatına mühüm töhfəsini verdi.

Bizə yaşatdığınız unudulmaz futbol bayramına görə təşəkkür edir, yeni uğurlar arzulayırıq! "

Xəbər xətti