PSJ-dən zorlama ittihamı ilə məhkəmə qarşısına çıxacaq futbolçuya dəstək

00:22 - 25 Fevral 2026

PSJ-nin Əşrəf Hakimi ilə bağlı mövqeyi dəyişməyib. Xatırladaq ki, 2023-cü ildə Mərakeş millisinin müdafiəçisinə 24 yaşlı qadının şikayəti əsasında rəsmi zorlanma ittihamı irəli sürülüb və o, məhkəmə nəzarətinə götürülüb.

Sportal.az xəbər verir ki, bu gün Hakimi məhkəmə qarşısına çıxacağını açıqlayıb. Futbolçunun "Monako" ilə Çempionlar Liqasının cavab oyununda iştirakı gözlənilir. O, komandanın vitse-kapitanı olaraq qalacaq.

Qeyd olunur ki, Paris klubu 2023-cü ildən bəri mövqeyini dəyişməyib və günah sübuta yetirilmədiyi üçün oyunçunu dəstəkləməyə davam edir. İş üzrə yekun qərarı isə məhkəmə verəcək.

Xəbər xətti