Bu gün Misli Premyer Liqasında 26-cı tura yekun vurulacaq.
Sportal.az xəbər verir ki, "İmişli" "Turan Tovuz"u qonaq edib. Qubada keçirilən qarşılaşma 1:1 hesablı bərabərliklə yekunlaşıb.
"Zirə" isə "Şamaxı" ilə qarşılaşıb. Burada da bərabərlik qeydə alınıb.
"Araz-Naxçıvan" isə "Sabah"la üz-üzə gəlib. Lider səfər oyununda 3 xal qazanıb.
Misli Premyer Liqası
XXVI tur
7 aprel
15:00 "İmişli" - "Turan Tovuz" 1:1
Qollar: Dioqo Kardozu, 45 - Mark Rene Mampassi, 53
Quba OİK stadionu
17:15 "Zirə" - "Şamaxı" 1:1
Qollar: Leroy Mikels, 69 - Edqar Adilxanov, 90+2
Qırmızı vərəqə: Dioqo Balau, 52
Zirə İK stadionu
19:30 "Araz-Naxçıvan" - "Sabah" 2:4
Qollar: Felipe Santos, 7, Hamidu Keyta, 26 - Veliko Simiç, 13, Cey Lens Mikels, 37 (pen), 63 (pen), Kahim Parris, 81
Liv Bona Dea Arena
