Türkiyənin Antalya şəhərində keçirilən güləş üzrə U-20 "Çempionlar" turniri yekunlaşıb.
Sportal.az xəbər verir ki, Azərbaycan komandası yarışı ümumilikdə 13 medalla başa vurub.
Son yarış günnüdə 4 güləşçimiz fəxri kürsüdə yer alıb. Sərbəst güləşdə Bəşir Verdiyevlə (65 kq) Yusif Dursunov (125 kq) gümüş, Muxamad Qantemirov (125 kq) isə bürünc mükafata yiyələnib. Yunan-Roma güləşində isə Tural Əhmədov (63 kq) çempion olub.
Sərbəst güləş üzrə millimiz 119 xalla komanda hesabında 3-cü yeri tutub. Xatırladaq ki, komandamızın qazancı 3 qızıl, 4 gümüş və 6 bürünc medal olub.
saytlarin hazirlanmasi
