"Barselona"nın futbolçusu Runi Bardaqji mövsümün sonunda komandadan ayrıla bilər.
Sportal.az xəbər verir ki, "Yuventus" isveçli vingeri transfer etmək istəyir. Bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.
İtaliya klubunun planı Bardaqjini satınalma bəndi ilə icarəyə götürməkdir. "Monako", "Portu" və "Betis" də 21 yaşlı oyunçu ilə maraqlanır.
Qeyd edək ki, "Barselona" Runi bardaqjini 2025-ci ilin yayında "Kopenhagen"dən 2,5 milyon avroya transfer edib. İsveç millisinin üzvü Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 23 rəsmi matçda 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
