Massimiliano Alleqri mövsümün sonunda "Milan"dan ayrıla bilər.
Sportal.az xəbər verir ki, italiyalı məşqçi klub rəhbərliyi və məsləhətçi vəzifəsində çalışan Zlatan İbrahimoviçlə problem yaşayır. Bu barədə "Corriere dello Sport" nəşri məlumat yayıb.
58 yaşlı mütəxəssisin İtaliya milli komandasını çalışdırmaq ehtimalı var. Federasiya təcrübəli çalışdırıcı ilə danışıqlara başlamağı planlaşdırır.
Qeyd edək ki, Massimiliano Alleqri mövsümün əvvəlində "Milan"ın baş məşqçisi vəzifəsinə təyin olunub. Onun komandası A Seriyasında 36 turdan sonra 67 xal toplayıb və turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi
