“Şamaxı”dan ayrıldı, bu ölkədə çempion oldu - FOTO

14:18 - 18 May 2026

"Şamaxı"nın qışda yollarını ayırdığı Antonio Lara Maltada çempionluq yaşayıb.

Sportal.az xəbər verir ki, Azərbaycan klubunda möhkəmlənə bilməyən braziliyalı müdafiəçi “Floriana”ya keçmişdi.

Bu klub isə Malta yüksək liqasında hamını qabalayaraq ölkənin ən güclüsü adını qazanıb.

Qeyd edək ki, 27 yaşlı futbolçunun “Floriana” ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

Mirbağırağa

Xəbər xətti