"Qurban Qurbanov Qubanın meydançasından danışanda..." - "İmişli"nin prezidenti

14:16 - 18 May 2026

"İmişli"nin prezidenti Kamran Eyyubov futbolpress.az saytına geniş müsahibə verib. Sportal.az xəbər verir ki, bir çox məsələlərə toxunan klub rəhbəri rəqiblərin mövsümboyu narazılıq etdiyi Quba stadionu ilə bağlı da danışıb:

"Düzünü deyim? Çox hirslənirdim. Emosional insanam, mənə təsir edirdi. Məsələn, Qurban Qurbanovu hədsiz çox istəyirəm, o, Azərbaycan futbolunun dayağıdır, onun nailiyyətlərini təkrarlamaq üçün illər, əsrlər lazımdır. Amma Qurbanov Qubanın meydançasından danışanda həmişə qınayırdı. Nələrisə dəyişməyə gücüm çatmır. “İmişli” mənim doğmamdır, övladımdır. Ona söz gələndə qəzəb, aqressiya yaranır. Deyirəm, niyə mən, niyə?! 

Heç kəsə pisliyim dəyməyib, ona görə də özümə qarşı anlayış istəmişəm. Bilirsiniz, mən bunu bilərəkdən etmirəm, bilərəkdən Qubanı seçməmişəm. “Nyukasl”la oyundan qabaq səsləndirilən fikirlər pis təsir etdi. İstəyirdim ki, “Qarabağ” “Nyukasl”ı keçsin, bu, Qurbanovun adının süslənməsi olardı. Bircə Rəşad Sadıqov meydançadan danışmamışdı, amma o da son oyunumuzdan sonra danışdı, nə deyim (gülür). Bu arada, Mərkəzi Bankla, gənclər və idman nazirliyi ilə danışmışıq, Quba stadionunda drenaj sistemi qurulacaq".

Xəbər xətti