Felipe Santos hansı qərarı verəcək? - “Araz-Naxçıvan”da qalmayacaq 

13:55 - 24 May 2026

“Araz-Naxçıvan”ın futbolçusu Felipe Santosun bu komandadan ayrılacağı dəqiqləşib.

Sportal.az saytına verilən məlumata görə, Benin millisinin üzvü Naxçıvan təmsilçisini tərk edəcək.

"Turan Tovuz"un transfer siyahısında yer alan vingerin hansı qərarı verəcəyi hələ ki dəqiq deyil. Məsələ burasındadır ki, Santosa bir neçə təklif gəlib. Azərbaycan klubları ilə yanaşı, Felipe Rusiya, Malayziya və BƏƏ-dən gələn təklifləri dəyərləndirə bilər. 

Qeyd edək ki, 29 yaşlı futbolçu 2024-cü ildən “Araz-Naxçıvan”da oynayırdı. O, buna qədər “Ankaran”, “Maribor”(hər ikisi Sloveniya), “Keşlə”(indiki “Şamaxı”), “Qəbələ” və “Hapoel Hayfa” klublarında oynayıb.
 

Xəbər xətti