"Neftçi"nin yeni transfer hədəfi bəlli oldu -   bu yay istəyirlər

13:34 - 17 İyun 2026

Konfrans Liqasında iştirak edəcək "Neftçi" transfer çalışmalarını da davam etdirir. 

Sportal.az saytına verilən məlumata görə, "ağ-qaralar" "Arda"nın müdafiəçisi Feliks Eboa Eboa ilə maraqlanır.

29 yaşlı futbolçu bu yay "Neftçi"nin formasını geyinə bilər. Onun Bolqarıstan təmsilçisi ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

Kamerunlu müdafiəçi bu ayın sonunda azad agant statusu daşıyacaq.

PSJ-nin yetirməsi olan Eboa “Genqam”da da oynayıb.

Xəbər xətti