Rodri İspaniya millisinin Kabo-Verde yığması ilə dünya çempionatındakı 0:0 hesablı heç-heçəsini şərh edib.
Sportal.az xəbər verir ki, İspaniya millisinin və "Mançester Siti"nin yarımmüdafiəçisi komandasının oyunundan ümumilikdə razı qaldığını, lakin qol epizodlarının reallaşdırılmasının yaxşılaşdırılmalı olduğunu bildirib:
“İstədiyimiz nəticəni əldə edə bilmədik, amma özümüzü ciddi şəkildə qınamağa əsas yoxdur. Bilirdik ki, bu oyunda səbirli olmaq lazım gələcək. Rəqib tamamilə müdafiəyə çəkilmişdi. Biz imkanlar yaratdıq, amma onları qola çevirə bilmədik.
Fiziki cəhətdən güclü və bu qədər qapalı oynayan komandaya qarşı çıxış etmək çətindir. Müsbət məqam odur ki, rəqib demək olar heç bir təhlükə yarada bilmədi. Lakin qol vurmaq baxımından daha dəqiq olmalıyıq. Komanda birlikdə hərəkət etdi və yaxşı mübarizə apardı. Ancaq bu qədər geridə müdafiə olunan rəqibə qarşı çox sayda şans yaranmır. Buna görə də əldə edilən imkanlardan maksimum istifadə etmək vacibdir.
Onlar məhz bu üslubda oynayırlar və demək olar ki, mərkəz xəttini keçmək niyyətində deyildilər. Biz isə dəqiqliyimizi artırmalıyıq. Bu cür oyunlarda nə qədər çox təcrübə qazansaq, bir o qədər güclənəcəyik.”, – deyə Rodri bildirib.
saytlarin hazirlanmasi
