"Afrikada Mərakeş millisinə "Afrikanın braziliyalıları" deyirlər"

22:43 - 13 İyun 2026

Əşrəf Hakimi Braziliya ilə oyun ərəfəsində Mərakeş millisinin gücünə inandığını bildirib.

Sportal.az xəbər verir ki, iyunun 14-də keçiriləcək və Bakı vaxtı ilə saat 01:00-da başlayacaq.

Braziliya - Mərakeş matçı öncəsində mərakeşli müdafiəçi belə danışıb:

“Biz Braziliya millisinin və onun futbolçularının səviyyəsini çox yaxşı bilirik. Afrikada bizi "Afrikanın braziliyalıları" adlandırırlar. Deməli, bizim də ən yüksək səviyyəli futbolçularımız kifayət qədərdir. Hesab edirəm ki, özümüzə inamla oynayaraq və bütün mərakeşlilərin dəstəyini hiss edərək möhtəşəm bir oyun keçirə bilərik.

Düşünürəm ki, bu dünya çempionatında özümüzü ən yaxşı tərəfdən göstərəcəyik və sabahkı görüşə tam hazır olacağıq”.

Xəbər xətti