İnsayder Fabritsio Romanonun məlumatına görə, "Komo"heyətini iki braziliyalı müdafiəçi ilə gücləndirməyə yaxındır.
Sportal.az xəbər verir ki, İtaliya klubu Yan Koutonun transferi ilə bağlı "Borussiya" (Dortmund)la prinsipial razılıq əldə edib. Müqaviləyə əsasən, 24 yaşlı futbolçu 2027-ci ilin iyun ayına qədər icarə əsasında “Komo”da çıxış edəcək və onun maaşı tam şəkildə klub tərəfindən ödəniləcək.
Bundan başqa, “Komo” sol cinah müdafiəçisi Kaiki Brunonin transferini də başa çatdırmağa yaxındır. "Kruzeyro"nun 23 yaşlı futbolçusunun təxminən 14 milyon avroya alınacağı bildirilir.
saytlarin hazirlanmasi
