"Atletiko"nun prezidenti: "Alvarez satılmır"

10:54 - 10 İyun 2026

"Atletiko"nun prezidenti Enrike Serezo “Real”ın Xulian Alvarez üçün 150 milyon avroluq təklifinə münasibət bildirib.

Sportal.az "El Chiringuito"ya istinadən xəbər verir ki, Serezo bunları deyib:

"Real" rəsmi təklif edib? Xulian Alvarez satılmır. Biz onu satmaq istəmirik".

"Kral klubu" məsələ haqda açıqlama yayıb: “İki klub arasındakı yaxşı münasibətlər çərçivəsində edilən təklifi araşdırıb qiymətləndirdikdən sonra “Atletiko” buna görə minnətdarlığını bildirib və oyunçunun transfer bəndini əsas gətirərək rədd edib".
 

Xəbər xətti