"Fiorentina"nın yeni baş məşqçisi açıqlandı

18:39 - 8 İyun 2026

İtaliyanın "Fiorentina" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisini Fabio Qrosso çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

48 yaşlı mütəxəssislə 2028-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Fabio Qrossonun son iş yeri "Sassuolo" klubu olub.

Xəbər xətti