"Mançester Yunayted" İngiltərə millisinin üzvünü transfer etmək istəyir

14:52 - 6 İyun 2026

"Nyukasl"ın müdafiəçisi Lyuis Holl Premyer Liqada klubunu dəyişə bilər.

Sportal.az xəbər verir ki, "Mançester Yunayted" ingiltərəli futbolçunu transfer etmək istəyir. Bu barədə "TEAMtalk" məlumat yayıb.

Klubu 21 yaşlı yaşlı sol cinah müdafiəçisi üçün 70 milyon funt-sterlinq tələb edir. "Mançester Yunayted"in bu mövqe üçün alternativ namizədləri isə "Ayntraxt"da çıxış edən Nataniel Braun və "Barselona" forması geyinən Alexandro Baldedir.

Qeyd edək ki, "Nyukasl" Nataniel Braunu 2024-cü ilin yayında "Çelsi"dən 33 milyon avroya tansfer edib. İngiltərə millisinin üzvü 2025/26 mövsümündə "sağsağanlar"ın heyətində meydana çıxdığı 47 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti