"Qarabağ" Martin Zlomisliçin transferini həll edib. Bosniyalı qolkiper Ağdam klubunda oynamağa razılıq verib. Hətta “Qarabağ” onun məxsus olduğu “Riyeka”nı da razı sala bilib.
Sportal.az saytına verilən məlumata görə, Zlomisliçin “Qarabağ”ın düşərgəsinə qoşulacağı vaxt Bosniya və Herseqovina millisinin dünya çempionatındakı iştirakından asılı olacaq.
Belə ki, bosniyalılar mundialda iştirakını nə vaxt yekunlaşdırarsa, Martin dərhal “Qarabağ”ın düşərgəsinə qoşulacaq.
Qeyd edək ki, 27 yaşlı qapıçının Azərbaycan klubu ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. O, “Riyeka”dan əvvəl “Şiroki Briyeq”in formasını geyinib.
