"Qəbələ" kapitanı ilə yollarını ayırdı - RƏSMİ

16:21 - 4 İyun 2026

“Qəbələ” Murad Musayevlə mövsümün sonunda başa çatan müqaviləsi yenilənməyib.

Sportal.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

“Qəbələ” Futbol Akademiyasının yetirməsi olan müdafiəçi 2012-2013-cü illər mövsümündə komandanın heyətində Azərbaycan Premyer Liqasında debüt edib.

M.Musayev “Qəbələ”nin heyətində Azərbaycan Premyer Liqasında və ölkə kubokunda 173 oyunda meydana çıxıb və 4 qol vurub. O, “Qəbələ”də 2023-cü ildə Azərbaycan kubokunun qalibi olub.

Xəbər xətti