Tanınmış klub Avrokubklardan kənarlaşdırıla bilər

20:20 - 2 İyun 2026

​"Marsel" klubu Maliyyə Feyr-Pley (FFP) qaydalarını pozduğu üçün 2026/27 mövsümündə avrokubklarda iştirak hüququndan məhrum edilə bilər.

Sportal.az ​"L'Équipe" nəşrinə isstinadən xəbər verir ki, Fransa klubunun son üç mövsümdəki maliyyə itkiləri 157 milyon avroya çatıb. Halbuki, "Marsel" 2022-ci ildə UEFA ilə müqavilə bağlamışdı və həmin razılaşmaya əsasən, klub maliyyə sabitliyini təmin etməli, üçillik dövr ərzində zərərin həcmini 60 milyon avrodan yuxarı qaldırmamalı idi.

​Müəyyən edilmiş limitin əhəmiyyətli dərəcədə aşılması səbəbindən UEFA-nın intizam orqanları elə bu həftə klubun işinə baxmağı planlaşdırır. Ehtimal olunan cəzalardan biri komandanın Avropa turnirlərində iştirakdan kənarlaşdırılması ola bilər.

Qeyd edək ki, "Marsel" Liqa 1-də 59 xal toplayaraq mövsümü 5-ci pillədə başa vurub və bu nəticə ilə Avropa Liqasına vəsiqəni təmin edib. Lakin komandanın turnirdəki iştirakı artıq təkcə idman nəticələrindən deyil, həm də UEFA-nın klubun maliyyə vəziyyəti ilə bağlı verəcəyi qərardan asılı olacaq.

Xəbər xətti