"Liverpul"un da istədiyi futbolçu PSJ-yə keçməyə razılıq verdi

23:06 - 1 İyun 2026

PSJ Yan Diomandenin transferi üzərində işləyir.

Sportal.az xəbər verir ki, "Foot Mercato"nun məlumatına görə, Paris klubu "Leyptsiq"in vingerini hücumun sağ cinahını gücləndirmək üçün ideal namizəd hesab edir və artıq Almaniya təmsilçisinin nümayəndələri ilə bir neçə görüş keçirib.

Bildirilir ki, futbolçunun özü artıq PSJ-yə keçidə razılıq verib. Bununla yanaşı, "Liverpul" variantı da onun üçün maraqlıdır. Daha əvvəl xəbər verilmişdi ki,  "Leyptsiq” 19 yaşlı futbolçunu 130 milyon avro dəyərində qiymətləndirir.

Diomande ötən mövsüm Bundesliqada 33 oyunda iştirak edib, 12 qol vurub və 8 məhsuldar ötürmə edib.

Xəbər xətti