"Qalatasaray"ın keçmiş hücumçusu Türkiyəyə geri qayıda bilər

13:47 - 31 May 2026

"Qremio"nun hücumçusu Karlos Vinisius karyerasını yenidən Türkiyədə davam etdirə bilər.

Sportal.az Braziliya mətbuatına istinadən xəbər verir ki, 31 yaşlı forvardın xidmətində “Başakşəhər” maraqlıdır. 

İstanbul təmsilçisi təcrübəl forvarda görə “Qremio” ilə danışığa keçib. Onun Braziliya klubu ilə müqavilə müddəti 2026-cı il dekabrın 31-nə qədərdir.

Vinisius “Napoli”, “Rio Ave”, “Monako”, “Benfika”, “Tottenhem”, PSV, “Qaalatasaray” və “Fulhem” klublarında oynayıb.
 

Xəbər xətti