“Barselona” və “Əl-Hilal” arasında müdafiəçi Joao Kanselo ilə bağlı danışıqlar zamanı hücumçu Darvin Nunyezin də məsələsi müzakirə edilib.
Sportal.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, hazırda Kataloniya klubu "Liverpul"un sabiq hücumçusu üçün təklif irəli sürüb, amma Səudiyyə Ərəbistanı klubu buna rəsmi cavab verməyib.
“Barselona”nın əsas hədəfi “Atletiko”nun hücumçusu Xulian Alvarezdir. Lakin klub ehtiyat hücumçu transfer etməyi də planlaşdırır.
Xatırladaq ki, Nunez Kərim Benzemanın qışda "Əl-Hilal"a transferindən sonra Səudiyyə Pro Liqasında oynamaq hüququnu legioner limitinə görə itirib. Belə ki, klub onu siyahıdan çıxarıb.
Uruqvaylı oyunçu komandada 24 oyun keçirib, doqquz qol vurub və beş məhsuldar ötürmə edib.
