Tofiq Musayevin UFC-də növbəti döyüşü: rəqib və məkan bəlli oldu

12:36 - 31 May 2026

Tofiq Musayev yenidən UFC-də döyüşəcək.

Sportal.az xəbər verir ki, yüngül çəkidə döyüşən Musayevin növbəti rəqibi slovakiyalı Ludovit Klayn olacaq. Döyüş avqustun 1-də Serbiyanın paytaxtı Belqradda keçiriləcək.

Xatırladaq ki, Musayev sonuncu dəfə martın 29-da ABŞ-ın Sietl şəhərində çilili İqnasio Bahamondesə qarşı keçirib və onu məğlub etmişdi.

Xəbər xətti