Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyevin formasını geyindiyi "Eqnatiya" Albaniya çempionu olub.
Sportal.az xəbər verir ki, Əliyevin komandası sonuncu turda “Dinamo”nu (Tirana) 2:0 hesabı ilə məğlub edib.
Millimizin üzvü meydana start heyətində çıxıb və fasilədə əvəzlənib.
Onun komandası hər iki qolu ilk hissədə vurub. Qeyd edək ki, “Eqnatiya” ardıcıl 3-cü dəfə çempion olub.
saytlarin hazirlanmasi
