"Liverpul"u tərk etməmək qərarı aldı

16:17 - 31 May 2026

“Liverpul”un müdafiəçisi Cozef Jozef Qomez komandadan ayrılmayacaq.

Sportal.az “Daily Mail”ə istinadən xəbər verir ki, ingilis futbolçu ona gələn təkliflərə baxmayaraq, komandanı tərk etmək istəməyib.

İddiaya görə, klub İbrahima Konatenin gözlənilən gedişi fonunda Qomezi fikrindən daşındırmağa nail olub.  

Onun “Liverpul”la müqavilə müddəti 2027-ci ilin yayına qədərdir. 
29 yaşlı futbolçu 2015-ci ildə “Çarlton”dan “Liverpul”a keçib.
 

Xəbər xətti