Qubada 15 yaşlı idmançı qızın meyiti tapıldı

18:47 - 1 İyun 2026

Quba rayonunun Alekseyevka kəndində məktəbli qızın meyiti tapılıb.

Sportal.az Musavat.com-a istinadən xəbər verir ki, hadisə mayın 29-da qeydə alınıb.

Belə ki, Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta məktəbinin IX sinif şagirdi, 15 yaşlı Rabiyyə Abdullayevanın meyiti yaşadığı evdə aşkar edilib.

Bildirilib ki, Rabiyyə Abdullayeva idman sahəsində qazandığı uğurlarla da tanınıb. O, taekvondo üzrə 55 kiloqram çəki dərəcəsində keçirilən Respublika çempionatında üçüncü yerə layiq görülmüşdü.

Hadisənin başvermə səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti