"Kəpəz"in futbolçusu Rauf Hüseynli yeni mövsümə böyük ehtimalla yeni komandada başlayacaq.
Sportal.az saytına verilən məlumata görə, Gəncə klubundan ayrılacağı gözlənilən müdafiəçi “Şəfa”nın transfer siyahısındadır.
Premyer Liqaya uzun illərdən sonra geri qayıdan paytaxt təmsilçisinin Raufla ilkin danışıqlara keçdiyi və razı salmağa çalışdığı bildirilir.
26 yaşlı müdafiəçi “Qarabağ”, “Zirə”, “Şamaxı”, “Qəbələ” klublarında da oynayıb.
saytlarin hazirlanmasi
