"Brayton"un futbolçusu Ceyms Milner gələcəyi ilə bağlı qərarını verib.
Sportal.az xəbər verir ki, ingiltərəli yarımmüdafiəçi karyerasını başa vurub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Milner 40 yaşında peşəkar futbolla vidalaşıb.
Qeyd edək ki, Ceyms Milner "Lids Yunayted"in yetirməsidir. Təcrübəli futbolçu karyerası ərzində "Svindon Taun", "Nyukasl", "Aston Villa", "Mançester Siti" və "Liverpul"un formasını geyinib. O, İngiltərə Premyer Liqasında ən çox oyun (658) keçirən futbolçudur. Milner İngiltərə yığmasının heyətində meydana çıxdığı 61 rəsmi matçda 1 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
