"Araz-Naxçıvan"ın tarixində mühüm dövrün bir hissəsi olduğum üçün qürur duyuram"

16:33 - 31 May 2026

"Kluba gəldiyim ilk gündən hiss etdim ki, burada xüsusi bir layihə qurulur. Bu iki il ərzində biz inanılmaz yol getdik. "Araz-Naxçıvan"ın tarixində belə mühüm dövrün bir hissəsi olduğum üçün qürur duyuram. Klubun ilk beynəlxalq vəsiqəsinə töhfə vermək və avrokuboklarda ilk qolunu vurmaq əbədi olaraq özümlə aparacağım bir şeydir".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Araz-Naxçıvan"dan ayrılan Felipe Santos deyib.

Beninli yarımmüdafiəçi Naxçıvan klubundakı performansını dəyərləndirib. Bununla yanaşı, o, "Araz-Naxçıvan"ı heç vaxt unutmayacağını deyib:

"Nəticələrdən daha çox məni ən çox təsirləndirən şey buradakı insanlarla qurduğum əlaqə idi. Həmişə azarkeşlər tərəfindən hörmət, xoş qarşılanma və dəstək hiss etdim. Bu klubda yaşadığım hər şeyə görə son dərəcə minnətdaram və birlikdə qurduğumuz hekayə ilə fəxr edirəm. Hər oyunçu futbolda əsl hekayə yaşamaq imkanı qazanmır. "Araz-Naxçıvan"da yaşadığım hər şeyə görə minnətdaram. Bu iki il böyümə, çətinliklər və mühüm nailiyyətlərlə dolu oldu. "Araz-Naxçıvan" həmişə mənimlə qalacaq".

Mirbağırağa

Xəbər xətti