"Roma" kapitanı Lorenzo Pelleqriniyə yeni müqavilə təklif edib.
Sportal.az “Tuttosport”a istinadən xəbər verir ki, “canavalar” 29 yaşlı futbolçu ilə müqavilə müddətini 2 illik artırmağı planlaşdırır.
Hələ ki tərəflər arasında danışıqlar gedir. Çünki italiyalı futbolçuya “Marsel”dən təklif gəlib. O, yaxın vaxtlarda yekun qərarını verəcək.
Pelleqrinin “Roma” ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. “Roma”nın yetirməsi olan Lorenzo 2015-2017-ci illərdə “Sassuola”da çıxış edib.
