La Liqa klubunun yeni baş məşqçisi açıqlandı

16:59 - 1 İyun 2026

İspaniyanın "Vilyarreal"klubunun yeni baş məşqçisi müəyyənləşib.

Sportal.az xəbər verir ki, La Liqa təmsilçisini İniqo Peres çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

38 yaşlı mütəxəssislə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, İniqo Peres son olaraq "Rayo Valyekano"nu çalışdırıb. Komanda onun rəhbərliyi altında 2025/26 mövsümündə Konfrans Liqasının finalında iştirak edib.

Xəbər xətti