“Turan-Tovuz”un müdafiəçisi Roderik Millerin yer aldığı Panama milli komandası Braziliya ilə yoldaşlıq oyunu keçirib.
Sportal.az xəbər verir ki, Rio-de-Janeyroda keçirilən matçda Braziliya 6:2 qalib gəlib. Miller 65-ci dəqiqədə meydana, hesab artıq 5:1 olarkən çıxıb.
Panama millisi Dominikan Respublikası (4 iyun) və Bosniya və Herseqovina (6 iyun) yığmaları ilə də oynayacaq.
Əlavə edək ki, Panama DÇ-2026-da Qana, Xorvatiya və İngiltərə ilə birlikdə L qrupunda mübarizə aparacaq.
Braziliya - Panama 6:2
Qollar:Vinisius 2, 39, Rayan 53, Paketa 60, İqor Tyaqo 63(p), Danilo 81 - Kunya 14(avtoqol), Harvey 84
