Fransa millisinin sabiq müdafiəçisi Presnel Kimpembe karyerasını Türkiyədə davam etdirə bilər.
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 30 yaşlı futbolçunun Superliqa klubuna keçidi gündəmdədir.
Başa çatan mövsüm birinci liqada çempion olaraq Superliqaya vəsiqə qazanan “Amedspor” fransız futbolçu ilə danışıq aparır. Karyerasını Qətərin eyniadlı klubunda davam etdirən Kimpembe keçidə ilkin olaraq müsbət yanaşıb.
Onun “Qətər”lə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. Təcrübəli müdafiəçi hazırkı klubundan əvvəl PSJ-nin formasını geyinib.
saytlarin hazirlanmasi
