Tanınmış klub “Sabah”ın legioneri ilə maraqlanır 

14:34 - 3 İyun 2026

“Sabah”ın futbolçusu Aaron Maluda daha bir tanınmış klubun diqqətini çəkib. 

Sportal.az saytına verilən məlumata görə, 20 yaşlı vinger “Dinamo”nun(Zaqreb) transfer siyahısındadır.

Maluda məhz “Sabah”dakı performansı ilə xorvatların siyahısına düşüb. “Dinamo” onu yeni mövsümdə də daimi izləyəcək, qışda və ya mövsümün sonunda Maluda üçün hərəkətə keçəcək.

Qeyd edək ki, “Sabah” Aaronu “Lill”dən transfer edib. Onun Azərbaycan çempionu ilə müqavilə müddəti 2029-cu il dekabrın 31-nə qədərdir.
 

Xəbər xətti