London klubu baş məşqçisi ilə yollarını ayırdı

21:43 - 2 İyun 2026

İngiltərənin "Fulhem" klubu baş məşqçi Marku Silva ilə yollarını ayırıb.

Sportal.az xəbər verir ki, bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Portuqaliyalı mütəxəssisin mövsümün sonunda başa çatan müqaviləsinin müddəti artırılmayıb.

Qeyd edək ki, Marku Silva 2021-ci ilin yayından "Fulhem"ə rəhbərlik edirdi. Komanda 2025/26 mövsümündə Premyer Liqanı 52 xalla 11-ci pillədə başa vurub.

Xəbər xətti