“Neftçi” Varqası saxlaya bilər” - “Makkabi” rəsmisi

19:08 - 1 İyun 2026

“Freddi Varqası icarəyə verərkən “Neftçi” ilə bağlanan müqavilədə satınalma bəndi var idi”.

Sportal.az xəbər verir ki, bunu futbolinfo.az-a açıqlamasında İsrailin “Makkabi” (Netanya) klubunun idman direktoru Gil Lev deyib.

O bildirib ki, Varqasın Azərbaycanda qalıb-qalmaması Bakı klubunun verəcəyi qərara bağlıdır:

“Onlar bunu istəsələr, edəcəklər. Çox şadam ki, o ötən mövsüm Azərbaycan çempionatında yaxşı səviyyədə çıxış edib. Freddi çox yaxşı oyunçudur”.

Klub rəsmisi transfer üçün “Neftçi”nin nə qədər ödəməli olduğu barədə suala isə belə cavab verib:

“Biz transfer məbləğlərini açıqlamırıq. Ümumiyyətlə, maddi tərəfləri açıqlamaq istəmirik”.

Xəbər xətti