"Bu layihənin bir hissəsi olmaq böyük şərəfdir" - "Arsenal"ın futbolçusu

13:22 - 3 İyun 2026

"Arsenal"ın yarımmüdafiəçisi Deklan Rays İngiltərə Premyer Liqasında 22 ildən sonra qazanılmış çempionluq haqda yazıb. 

Sportal.az xəbər verir ki, ingilis futbolçu social şəbəkə hesabında komandasının uğurunu bu cür şərh edib:

"İnanılmaz iki həftə - Premyer Liqanın çempionluğunun Şimali Londona 22 ildən sonra qayıtmasını qeyd edirik! Bu möhtəşəm kluba qoşulanda dərhal dedim: mənim arzum burada kuboklar qazanmaqdır. Bu, ilkdir, amma əlbəttə ki, sonuncu deyil! Bizim inanılmaz komandamız və komandanı tamamilə dəyişdirən bir baş məşqçimiz var. Bu layihənin bir hissəsi olmaq böyük şərəfdir.

Azarkeşlərə dəstəyə görə böyük təşəkkür edirəm. Siz təkcə bu mövsüm deyil, həm də ilk gündən qucaq açdınız. İndi bütün fikirlərim dünya çempionatı ilə bağlıdır. Hamınızı gələn mövsüm görməyi səbirsizliklə gözləyirəm! Yaydan zövq alın!".
 

Xəbər xətti