Okan Buruk danimarkalı müdafiəçi ilə bağlı qərar verdi

16:14 - 3 İyun 2026

"Qalatasaray"ın baş məşqçisi Okan Buruk müdafiəçi Viktor Nelssonla bağlı qərarını verib.

Sportal.az xəbər verir ki, 53 yaşlı mütəxəssis danimarkalı futbolçunu növbəti mövsüm üçün komandada düşünmür. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Buruk qərarını klub rəhbərliyinə bildirib. İstanbul nəhəngi Nelsson üçün gələn təklifləri dəyərləndirəcək.Təklif olmasa, klub 27 yaşlı mərkəz müdafiəçisinin müqaviləsinə xitam verəcək.

Qeyd edək ki, Viktor Nelsson 2025/26 mövsümündə icarə əsasında İtaliyanın "Verona" klubunun formasını geyinib. Danimarka millisinin üzvü A Seriyası təmsilçisinin heeyətində 38 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti