"Kəpəz"in yeni baş məşqçisi bəlli oldu

21:54 - 3 İyun 2026

Azər Bağırovla yollarını ayıran "Kəpəz"in yeni baş məşqçisi məlum olub.

Sportal.az saytına verilən məlumata görə, Gəncə təmsilçisini Elmar Baxşıyev çalışdıracaq.

Artıq 45 yaşlı mütəxəssislə razılıq əldə olunub. Klub qarşıdakı günlərdə təyinatı açıqlayacaq.

Qeyd edək ki, Elmar Baxşıyevin son iş yeri 2025-ci ilin yayında ayrıldığı "Araz-Naxçıvan" olub.

Xəbər xətti