"Sportinq"in hücumçusu Luis Suares karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Fənərbaxça" kolumbiyalı futbolçunun xidmətində maraqlıdır. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
İstanbul klubunun prezidentliyinə namizəd olan Hakan Safi Suareslə şəxsi müqavilənin şərtlərini razılaşdırıb. O, seçilsə 29 yaşlı forvard üçün Portuqaliya klubu ilə danışıqlara başlayacaq.
Qeyd edək ki, "Sportinq" Luis Suaresi 2025-ci ilin yayında "Almeriya"dan 23 milyon avroya transfer edib. Kolumbiya millisinin üzvü 2025/26 mövsümündə Lissabon təmsilçisinin heyətində meydana çıxdığı 53 rəsmi matçda 38 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
