Monteneqro millisinin yarımmüdafiəçi Marko Yankoviç “Qarabağ”dakı gələcəyi barədə danışıb.
Sportal.az xəbər verir ki, “Vijesti.me” portalına danışan təcrübəli futbolçu bunları deyib:
“Klubdakı gələcəyimlə bağlı hələlik heç nə dəyişməyib. Müqaviləmin bitməsinə bir il qalıb. Hazırda "Qarabağ"dayam. Transfer bazarında nəsə baş verə bilər, amma bu məni narahat etmir. Slovakiya ilə qarşıdakı yoldaşlıq oyununda yaxşı oynamağa diqqət yetirirəm. Sonra layiqli istirahət edəcəyəm və bundan sonra necə olacağını görəcəyik”.
30 yaşlı futbolçunun "Qarabağ"la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
saytlarin hazirlanmasi
