"Roma"nın səudiyyə ərəbistanlı futbolçusu Fransa klubunda

00:41 - 5 İyun 2026

"Lans" Səudiyyə Ərəbistanı millisinin müdafiəçisi Saud Abdulhamidin transferini tam şəkildə rəsmiləşdirib.

Sportal.az xəbər verir ki, Fransa klubu 26 yaşlı futbolçunu"Roma"dan icarədən sonra birdəfəlik satın alıb və tərəflər arasında 2029-cu ilə qədər müqavilə imzalanıb. Transferin dəyəri 3,5 milyon avro təşkil edib.

Geridə qalan Liqa 1 mövsümündə Abdulhamid 25 oyuna çıxıb, 2 qol vurub və 4 məhsuldar ötürmə verib.

Xəbər xətti