"Napoli"nin yarımmüdafiəçisi Frank Anqissa karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Qalatasaray" kamerunlu futbolçunu transfer etmək istəyir. Bu barədə "Tuttomercato" nəşri məlumat yayıb.
"Qalatasaray" müqaviləsi gələn ilin yayında başa çatan 30 yaşlı oyunçu üçün İtaliya klubuna 5 milyon avroluq təklif göndərib.
Qeyd edək ki, "Napoli" Frank Anqissanı 2021-ci ilin yayında "Fulhem"dən transfer edib. Kamerun millisinin üzvü 2025/26 mövsümündə Neapol təmsilçisinin heyətində meydana çıxdığı 22 rəsmi matçda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
