Premyer Liqa klubundan 45 milyon avroluq transfer

18:35 - 4 İyun 2026

"Köln"ün futbolçusu Said El Mala karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.

Sportal.az xəbər verir ki, "Brentford" almaniyalı vingerin keçidini həll edib. Bu barədə "Bild" nəşri məlumat yayıb.

"Arılar" El Mala üçün onun klubuna 45+5 milyon avro təzminat ödəyəcək. Bundesliqa klubu 19 yaşlı oyunçunun növbəti satışından 15 faiz pay əldə edəcək.

Qeyd edək ki, Said El Mala 2024-cü ilin yayından "Köln"də çıxış edir. Almaniya U-21 millisinin üzvü 2025/26 mövsümündə Bundesliqada meydana çıxdığı 34 matçda 13 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti