"Sabah" Çempionlar Liqasına Avstriyada hazırlaşacaq

14:34 - 5 İyun 2026

“Sabah”ın yeni mövsüm üçün hazırlıq planı bəlli olub.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan çempionu yay təlim-məşq toplanışı üçün Avstriyaya yollanacaq.

Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv yeni mövsümün hazırlıqlarına iyunun 17-də başlayacaq.

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək klubun Avstriyanın Tirol bölgəsində baş tutacaq toplanış iyulun 3-dək davam edəcək.

Hazırlıq çərçivəsində 3 yoxlama oyununun keçirilməsi nəzərdə tutulub.

Xəbər xətti