Portuqaliya millisinin müdafiəçisi dünya çempionu olacaqlarına inanır: "Əvvəlkindən daha iddialıyıq"

13:33 - 5 İyun 2026

Portuqaliya millisinin müdafiəçisi Ruben Dias qarşıdan gələn dünya çempionatında komandasının uğur qazanacağına inandığını dilə gətirib.

Sportal.az FİFA-ya istinadən xəbər verir ki, təcrübəli futbolçu bunları deyib:

"Məncə, bu, sadəcə inam deyil, uğur qazanmaq istəyidir. Biz ayaq üstə möhkəm dayanmışıq. Bunun nə qədər çətin olduğunu və nə qədər çox iş görməli olduğumuzu bilirik. Bu inam rəqabətlə birlikdə, hər oyundan, hər addımdan, hər çətinlikdən sonra özünəinam hissi ilə artmalıdır. Buna görə də biz bu məsələdə təvazökarıq, amma əvvəlkindən daha iddialıyıq". 

Qeyd edək ki, Portuqaliya Konqo DR, Özbəkistan və Kolumbiya ilə birlikdə K qrupunda yer alıb.

Xəbər xətti