"Goal" nəşrinin yaydığı məlumata görə, Florentino Peres üçün əsas transfer hədəfi Vitinyadır.
Sportal.az xəbər verir ki, “Real" PSJ-nin yarımmüdafiəçisinin transferi üçün 150 milyon avroya qədər vəsait xərcləməyə hazırdır. Bildirilir ki, həm Vitinyanın, həm də “Rea"ın baş məşqçi postuna təyin olunacağı gözlənilən Jose Mourinyonun maraqlarını təmsil edən agent Jorge Mendes bu transferin baş tutmasına kömək edə bilər.
Vitinya 2025/26 mövsümündə Fransa çempionatında 29 oyuna çıxıb və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
